McDonald’s Spikes Asia 2026-da “Advertiser of the Year” seçildi
McDonald’s, Asiya-Sakit okean regionunun ən nüfuzlu kreativlik festivalı olan Spikes Asia 2026 tərəfindən “Advertiser of the Year” (İlin Reklamverəni) adına layiq görülüb.
Festival rəhbərliyi bildirir ki, bu mükafat McDonald’s-ın region üzrə davamlı olaraq yüksək səviyyəli kreativ işlərə imza atmasına, cəsarətli marketinq yanaşmalarına və mədəni kontekstə uyğun innovativ kampaniyalarına görə təqdim olunur.
Spikes Asia-nın açıqlamasına əsasən, McDonald’s xüsusilə Yaponiya bazarında həyata keçirdiyi kreativ reklam strategiyaları, lokal mədəniyyətə uyğunlaşdırılmış kampaniyalar və brendin qlobal identikliyini qoruyaraq regional adaptasiya bacarığı ilə seçilib.
Festival nümayəndələri vurğulayıblar ki, McDonald’s uzun illərdir ki, kreativlik və effektivliyi birləşdirən kampaniyalar təqdim edir və bu yanaşma onu regionda ən güclü reklamverənlərdən birinə çevirib.
“Advertiser of the Year” mükafatı hər il kreativ sənayenin inkişafına töhfə verən və agentliklərlə güclü əməkdaşlıq modeli quran brendlərə təqdim olunur.
Spikes Asia 2026 qaliblərinin rəsmi mükafatlandırma mərasimi festival çərçivəsində keçiriləcək.
