Trend gəlir-gedir, stil isə məni ifadə etməlidir – Sosial media influencerindən real tövsiyələr – Raziyyə Abbasova
Müsahibimiz sosial media influenseri Raziyyə Abbasovadır (instagram : razi.yye).
Başlanğıc və məqsəd
Sual: Sosial mediaya başladığınız ilk dövrdə məqsədiniz nə idi və bu gün o məqsəd nə qədər dəyişib?
Cavab: Sosial mediaya başladığımda əsas arzum tanınmaq və markalarla işləmək idi. Bu məqsədə çatdım və məqsədlərim dəyişmədi. İndi isə daha da önə çıxmağı planlayıram.
Kontent strategiyası və düşüncə tərzi
Sual: Bir kontentin uğurlu olub-olmayacağını əvvəlcədən hiss edirsiniz, yoxsa statistikaya güvənirsiniz?
Cavab: Doğru kontenti seçmək bir az zaman alır. İnsanlar eyni şeylərdən bezir, buna görə də yenilikçi olmaq çox vacibdir.
Sual: Reels çəkərkən əvvəlcə trend, yoxsa mesaj düşünürsünüz?
Cavab: Trendlərə üstünlük verirəm, amma ən çox xanımların qəlbinə toxunacaq kontent yaratmağa önəm verirəm.
Sual: Trendlə öz stiliniz arasında balansı necə qoruyursunuz?
Cavab: Trendləri izləyirəm, amma kor-koranə yox. Özümə yaraşanı və məni rahat hiss etdirəni seçirəm. Trend gəlir-gedir, stil isə məni ifadə etməlidir.
Sual: Sizcə izləyicilər bu gün kontentdə nəyi daha tez hiss edir: səmimiyyəti, yoxsa keyfiyyəti?
Cavab: İndi hər kəs anlayır ki, biz səmimi oluruq, yoxsa sadəcə publika üçün oynayırıq.
Auditoriya ilə münasibət
Sual: İzləyici ilə “ünsiyyət” sizin üçün nə deməkdir?
Cavab: Mənim fərqim budur ki, xanımlarımızla hər zaman səmimiyəm və onların suallarını cavablandırmağa çalışıram.
Sual: Şərhlər, DM-lər, reaksiyalar kontentinizi necə dəyişir?
Cavab: Bəzən düşündürürlər ki, daha yaxşısını etməliyəm.
Sual: İzləyici itirmək qorxusu ilə istədiyiniz kontenti paylaşmamaq kimi bir vəziyyət yaşamısınızmı?
Cavab: Xeyr, belə bir qorxu yaşamamışam.
Influencer marketinq və brendlərlə iş
Sual: Bir brend sizə yazanda ilk baxdığınız 3 əsas kriteriya nədir?
Cavab:
- Əmin olmadığım heç nəyi məsləhət görmürəm.
- Keyfiyyət mutləqdir.
- Yazı formaları, təkliflər və səhifələrinin vizual görüntüsü.
Sual: Sizcə markalar influencer seçərkən ən çox hansı səhvləri edirlər?
Cavab: Hər kəsə oz kateqoriyyasına uygun reklam verilməlidir. Food blogger baxim məhsulu reklam edirsə bu elədə təsir bağışlamır mənim düşüncəmdə.
Sual: Reklamın açıq hiss olunması ilə təbii inteqrasiya olunmuş reklam arasında fərqi necə yaradırsınız?
Cavab: Mən sınamadığım və doğrudan bəyənmədiyim heç nəyi reklam etmirəm.
Psixoloji tərəf və reallıq
Sual: Sosial media sizin üçün enerji verən, yoxsa enerji alan bir mühitdir?
Cavab: Sosial media mənə enerji verir, xoşbəxt hiss edirəm.
Sual: Kontent yaradıcısı olaraq ən çox hansı anlarda yorulduğunuzu hiss edirsiniz?
Cavab: Yorulmuram desəm? Sevdiyim işdi necə yorula bilərəm)
Gələcək və trend baxışı
Sual: Sizcə influencer marketinq 2–3 il sonra hansı istiqamətə gedir?
Cavab: Məncə daha da irəli gedirik. Çünki bir çox insanlar maraqlı kontent yaradır və izləyicilərin maraqlarını cəlb edə bilirlər.
Sual: Daha peşəkarlaşacaq, yoxsa daha xaotik olacaq?
Cavab: Peşəkarlaşacaq.
Marklife.az oxucuları üçün mesaj
Sual: Sosial mediada öz yolunu tapmaq istəyən gənclərə bir real, bəzəksiz məsləhət versəniz, bu nə olar?
Cavab: İstəklərinizin arxasınca gedin. Başqası daha öndədir deyə deməyin, özünüzə inanın. Həyatda bir xətti tutub getsəniz, uğur qazanacaqsınız.
Sual: Marklife.az oxucularının sizi bu müsahibədən sonra hansı tərəfinizlə xatırlamasını istərdiniz?
Cavab: Gözəl xatırlanmaq üçün yaxşı iz buraxmaq kifayətdir.

