Azərbaycanda ilk dəfə: Odes — Turizm xidmətlərini birləşdirən vahid platforma yaradılır

İstİrahətə Hazır ol (1)

Azərbaycanda ilk dəfə olaraq istirahət və travel ilə bağlı bütün xidmətləri vahid platformada birləşdirən yeni layihə — Odes istifadəyə verilməyə hazırlaşır. Odes, daxili turizm bazarında parçalanmış xidmətləri bir məkanda toplayaraq, istifadəçilərə daha rahat, şəffaf və funksional seçim imkanı təqdim edəcək.

Platforma yalnız istirahət məkanları ilə məhdudlaşmır. Odes üzərindən:

  • evlər, villalar, dağ və kənd evləri
  • otellər və butik otellər
  • rent a car xidmətləri
  • turizm agentliklərinin tur paketləri
  • istirahət mərkəzləri və experience-based xidmətlər

Azərbaycanda istirahət üçün mövcud olan bütün travel xidmətləri nümayiş olunacaq və istifadəçilər xüsusi filterləri ilə istədiklərini daha rahat şəkildə tapa biləcək.


Odes nəyi fərqli edir?

Odes klassik bron və ya marketplace platforması deyil. Burada:

  • komissiya tutulmur,
  • istifadəçi ilə xidmət təminatçısı arasında birbaşa əlaqə qurulur.

Bu model həm səyahət edənlər, həm də turizm biznesləri üçün vasitəçisiz, açıq və etibarlı mühit yaradır.

Platformanın əsas imkanları:

  • kateqoriya və regionlara görə detallı axtarış
  • Azərbaycanda fəaliyyət göstərən bütün travel xidmətlərinin vahid xəritəsi
  • birbaşa əlaqə və sorğu imkanı
  • real təsvirlər və şəffaf məlumat

Turizm biznesləri üçün yeni vitrin

Odes, turizm agentlikləri, otellər, villa və ev sahibləri, eləcə də rent a car şirkətləri üçün rəqəmsal vitrin rolunu oynayacaq. Xidmət təminatçıları öz təkliflərini:

  • daha geniş auditoriyaya çıxara biləcək,
  • əlavə reklam xərci olmadan görünürlük əldə edəcək,
  • brendlərini gücləndirə biləcəklər.

İstirahət anlayışına yeni baxış

Layihənin əsas məqsədi istirahəti sadəcə gecələmə və marşrut kimi deyil, tam bir travel təcrübəsi kimi təqdim etməkdir. Bu yanaşma çərçivəsində:

  • promo kampaniyalar,
  • sadiqlik proqramları,
  • sürpriz turlar,
  • eksklüziv tərəfdaşlıqlar

üzərində də iş aparılır.


Odes, Azərbaycanda istirahət və travel sahəsində ilk dəfə bu qədər geniş spektri əhatə edən platforma kimi bazara daxil olur. Layihə daxili turizmin inkişafına töhfə verməklə yanaşı, istifadəçilərə bir məkanda bütün istirahət seçimlərini görmək imkanı yaradacaq.