PUMA-da qlobal marketinq rəhbərliyinə yeni təyinat
İdman geyimi və həyat tərzi brendi PUMA, qlobal marketinq strategiyasını gücləndirmək məqsədilə mühüm kadr dəyişikliyi edib. Brend Nadia Kokni-ni 1 yanvar 2026-cı ildən etibarən Qlobal Brend Marketinqi üzrə vitse-prezident vəzifəsinə təyin edib.
Bu təyinat PUMA-nın beynəlxalq bazarlarda daha güclü brend hekayələri qurmaq, mədəniyyətə yaxın kampaniyalar yaratmaq və istehlakçı ilə emosional əlaqəni dərinləşdirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Nadia Kokni marketinq və brend kommunikasiya sahəsində uzun illər təcrübəyə malikdir. Onun rəhbərliyi altında PUMA-nın:
- qlobal storytelling yanaşmasının,
- kreativ kampaniyalarının,
- mədəniyyət və idman kəsişməsində mövqeyinin
daha da güclənəcəyi gözlənilir.
Bu addım bir daha göstərir ki, qlobal brendlər üçün artıq marketinq rəhbərliyi sadəcə satış yox, brend kimliyi və mədəni təsir deməkdir.
